FOTO
AFFA-da millilərimizin çıxışı müzakirə olundu

AFFA-nın baş katibi Elxan Məmmədov bu gün Məşqçilər Komitəsinin üzvləri və texniki direktorla görüş keçirib. Allsport.az xəbər verir ki, görüşdə U-16, U-17, U-19 və U-21 yığma komandalarının son rəsmi və yoxlama oyunları ilə bağlı geniş müzakirə aparılıb və hesabat təqdim olunub.

Komitə üzvlərinin və texniki direktorun fikirləri səsləndikdən sonra baş katib tərəfindən gələcək işlər barədə müvafiq tapşırıq və tövsiyə verilib.

Həmin kateqoriyadan