AFFA hakimi döyən məşqçini sərt cəzalandırdı

Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, komitə aşağı yaş qrupu üzrə liqalardakı neqativ halları müzakirə edib.

U-14 Liqasının “Xəzər Lənkəran” – “Masallı” oyununda birincilərin futbolçusu Rafael Eyvazov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 2 oyun cəzalandırılıb. Az sonra “Xəzər Lənkəran”ın baş məşqçisi İqbal Babayev meydançaya daxil olaraq, söyüşlə kifayətlənməyib, ona fiziki təzyiq də göstərib. Bu, onun 10 oyunluq diskvalifikasiyasına səbəb olub. Rəqib məşqçini söyən “Masallı”nın baş məşqçisi Sehran Babayevin cəzası isə 2 oyun olub.

U-13 Liqasının “Kəpəz” – “Azəri TİM” matçında “Kəpəz”ın rəsmi nümayəndəsi Məhəmməd Məmmədov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyunluq cəzalandırılıb.

Həmin kateqoriyadan