- Baxış sayı: 22
- 02 Noyabr 2026 13:35
- Baxış sayı: 271
- Oktyabr 25, 2026
- 0

Peşəkar futbolçu karyerasını başa vuran Maksim Medvedev AFFA tərəfindən təltif edilib.
Allsport.az xəbər verir ki, o, UEFA millətlər liqasının qrup mərhələsinin I turunda Azərbaycan – İsveç oyunundan əvvəl mükafatlandırılıb.
Uzun illər Azərbaycan millisinin şərəfini qorumuş Maksim Medvedevə ölkə futbolundakı xidmətlərinə görə xatirə hədiyyəsi verilib. Ona simvolik olaraq çərçivəyə salınmış Azərbaycan yığmasının formasını AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov təqdim edib.