AFFA monteneqrolu qapıçının təxribatçı hərəkəti barədə UEFA-ya şikayət edib

Millətlər liqasının qrup mərhələsində Monteneqro – Azərbaycan oyunundan sonra, yerli futbolçu Andriya Draqoyeviçin sosial şəbəkədə təxribatçı paylaşım edib. Allsport.az saytı xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bununla bağlı açıqlama verib:

“Millətlər liqasının qrup mərhələsində oktyabrın 10-da Podqoritsa şəhərində keçirilmiş oyundan sonra, monteneqrolu futbolçu Andriya Draqoyeviçin sosial şəbəkə hesabında təxribat xarakterli paylaşım etməsi barədə məlumatımız var.

Bu, 3-cü tərəf olan milli assosiasiyanın nümayəndəsinin hər hansı şəkildə aidiyyəti olmadığı məsələyə müdaxiləsi kimi qeyri-etik olmaqla yanaşı, eyni zamanda, separatçı rejimin təbliğatına cəhd olduğu üçün yolverilməzdir və AFFA bunu sərt şəkildə qınayır.

Biz araşdırdıq, həmin futbolçu Azərbaycan millisi ilə oyunda Monteneqro komandasının heyətində olmasa da, bu, bizim məsələyə münasibətimizi dəyişmir. Doğrudur, həmin oyunda Monteneqro millisinin ehtiyat oyunçular siyahısında Draqoyeviç soyadlı futbolçu olub, lakin bu digər oyunçudur – Miloş Draqoyeviç.

Oktyabrın 12-də məsələ ilə əlaqədar AFFA rəsmi qaydada UEFA-ya müraciət ünvanlayacaq. Artıq ali quruma şifahi məlumat verilib”.

Həmin kateqoriyadan