- Baxış sayı: 50
- 08 İyul 2026 23:27
- Baxış sayı: 343
- İyul 08, 2026
- 0

Futbol akademiyalarında təhsil məsələlərinə məsul şəxslərlə görüş keçirilib.
Allsport.az xəbər verir ki, AFFA tərəfindən təşkil edilən görüşdə akademiyalarda məşq edən uşaq və yeniyetmələrin idman fəaliyyəti ilə yanaşı, məktəb təhsilində davamlı iştirakı, akademik göstəricilərinin dəstəklənməsi və gələcək inkişaf imkanları ilə bağlı məsələlər müzakirə olunub.
Müzakirələr zamanı uşaqların məktəb davamiyyətinin izlənilməsi, akademik nailiyyətlərinin qorunması, idman və təhsil fəaliyyəti arasında balansın təmin olunması, eləcə də valideynlər və məktəblərlə əməkdaşlığın gücləndirilməsi məsələlərinə toxunulub.
Uşaq və yeniyetmə futbolçuların hərtərəfli inkişafında təhsilin rolu, onların idman fəaliyyəti ilə yanaşı akademik inkişafının təşviqi və gələcək karyera imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Klub və akademiya nümayəndələri mövcud təcrübələrini bölüşüb, qarşılaşdıqları çətinliklər və mümkün həll yolları ətrafında müzakirələr aparıblar.
Görüşdə AFFA-nın futbolun inkişafı departamentinin rəhbəri Sərxan Hüseynov, sosial və ətraf mühit dayanıqlılığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva, təhsil üzrə ekspert Nigar Nəsrullayeva, həmçinin futbol akademiyalarında təhsil məsələlərinə məsul şəxslər iştirak ediblər.
AFFA tərəfindən bu istiqamətdə görüşlərin davam etdirilməsi, akademiyalar arasında təcrübə mübadiləsinin təşviqi və mümkün birgə fəaliyyətlərin müəyyənləşdirilməsi nəzərdə tutulur.