AKFA-nın idarə heyəti toplaşdı

Allsport.az xəbər verir ki, Azərbaycan karate federasiyaları assosiasiyasının idarə heyətinin növbəti toplantısı keçirilib.

Birliyin prezidenti Ülvi Quliyev ilə ilə yanaşı, toplantıda quruma daxil olan federasiyaların rəhbərləri də iştirak ediblər.

Öncə hesabat dinlənilib və cari məsələlər müzakirə olunub. Rəhbərlər keçirilmiş yarışların səviyyəsi və təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.

7 federasiyanın daxil olduğu birlik idmançılarla yanaşı məşqçilər və hakimlərin sertifikasiyasına da diqqət yetirir. Yaxın zamanda assosiasiya, bədən tərbiyəsi və idman akademiyası ilə birgə seminar, təlim və məşğələlərin təşkilini planlaşdırır.

Eyni zamanda ilin sonuna kimi qurumda fəaliyyət göstərən məşqçilərin siyahısı, onlar haqqında ətraflı məlumatlar vahid sistemdə cəmlənəcək. İclasın sonunda yarışların təşkili və keçirilməsində göstərdiyi dəstəyə görə Zöhrab MəmmədovRafael Bünyatov təltif ediliblər.

Həmin kateqoriyadan