Alaba “Napoli”yə qarşı oynaya biləcək?

“Real Madrid”in müdafiəçidi David Alaba, İspaniya çempionatının 7-ci turu çərçivəsində “Las-Palmas”la matçda (2:0) xəsarət almışdı.

Allsport.az xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Karlo Ançelottinin sözlərinə görə, 31 yaşlı futbolçunun zədəsi ciddi deyil. O, çempionlar liqasının qrup mərhələsində “Napoli” ilə oyunda meydanda olacaq.

“Napoli”yə qarşı oyun oktyabrın 3-ü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Həmin kateqoriyadan