Alkantara köhnə klubuna qayıdır?

“Liverpul”un yarımmüdafiəçisi Tiaqo Alkantara yenidən “Barselona”da oynaya bilər.

Allsport.az xəbər verir ki, Kataloniya təmsilçisi hazırda 32 yaşlı futbolçunun İngiltərə klubunda vəziyyətini izləyir. 

Mersisaydlılar ispaniyalının yay transfer pəncərəsinə getməsinə icazə verə bilər və o, son bir neçə həftə ərzində bir sıra klubların marağına səbəb olub. Futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2024-cü ilin ortalarında başa çatır.

Alkantara “Barselona”nın yetirməsidir və 2011-2013-cü illərdə la liqa klubunda oynayıb, sonra 25 milyon avroya “Bavariya”ya keçib. 

2022/23 mövsümündə yarımmüdafiəçi “Liverpul”un heyətində 28 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan