Almaniya karate1 premyer liqasında 2 gümüş və 1 bürünc medal

Millimiz Almaniyada karate1 premyer liqasında uğurlu çıxış edib.

Allsport.az saytı xəbər verir ki, 72 ölkədən 763 idmançı iştirak etdiyi yarışda Rafael Ağayev (75 kq) və İrina Zaretska (68 kq) 2-ci yeri, Firdovsi Fərzəliyev (60 kq) 3-cü olublar. Şahin Atamov (+84 kq) bürünc medal uğrunda həlledici görüşdə hakim haqsızlığı üzündən mükafatsız qalıb.

Mövsümün son liqası 12-14 oktyabrdaTokioda keçiriləcək. Milli komanda Vətənə qayıtdıqdan sonra Yaponiyadakı yarışa hazırlıq məşqlərinə başlayacaq.

Həmin kateqoriyadan