- Baxış sayı: 3
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 529
- Oktyabr 21, 2026
- 0
“Bayer” fransalı hücumçu Mussa Diabini heyətinə qatıb.
Allsport.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubundan transfer olunan 27 yaşlı forvardla 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.
Mussa Diabi 2019–2023-cü illərdə də “Bayer”də çıxış edib. Daha sonra İngiltərənin “Aston Villa” və Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandalarında oynayan futbolçu 2025-ci ildə Ciddə təmsilçisi ilə çempionluq sevinci yaşayıb.
Fransa yığmasının heyətində 11 matça çıxan M.Diabi “Bayer”in şərəfini qoruduğu dövrdə 173 qarşılaşmada 49 qol və 48 məhsuldar ötürmə ilə yadda qalıb.