Almaniyadan qızıl medalla dönür

Azərbaycanın 18-21 yaşlı gənclərdən ibarət milli komandasının üzvü Fərid Ağayev (75 kq) Almaniyanın Halle şəhərində keçirilən vado-kai karate üzrə 48-ci Avropa çempionatında qızıl medala sahib olub.

Allsport.az xəbər verir ki, həmin yaş qrupunda digər idmançımız Abbas Dadaşov (+78 kq) isə ilk döyüşündə almaniyalı rəqibinə 5:0 hesabı ilə qalib gəlsə də, çiynindən zədələndiyindən mübarizəni yarımçıq dayandırmalı olub.

Karateçilərimiz bu mötəbər yarışda Azərbaycan vado-ryu karate-do federasiyasının prezidenti Vilayət Əmirovun rəhbərliyi ilə çıxış ediblər.

Həmin kateqoriyadan