AMKF ilin yekunları ilə bağlı “İnter arena”da KİV-lə görüşəcək

Dekabrın 27-də Milli Karate Federasiyasının 2016-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, cari il Azərbaycan karatesi üçün ən uğurlu illərdən biri olub. Federasiya üçün əlamətdar hadisələrlə yanaşı, milli komandamızın üzvləri istər şəxsi yarışlarda, istərsə də komanda çıxışlarında yüksək nəticələrə nail olublar.

2016-cı il həmçinin dünya karatesində bir sıra tarixi hadisələrlə yadda qalıb. Bu və digər hadisələr, eləcə də federasiya daxili yeniliklər və qarşıdakı hədəflərlə bağlı rəsmi məlumat almaq istəyən media nümayəndələri gələn həftənin çərşənbə axşamı saat 12:00-da “İnter arena”da yerləşən ofisdə mətbuat konfransına dəvətlidir. Tədbirdə federasiya rəsmiləri və yüksək nəticə göstərən idmançılar iştirak edəcək.

Həmin kateqoriyadan