- Baxış sayı: 48
- 03 Noyabr 2026 10:43
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Allsport.az xəbər verir ki, “Real”ın (Madrid) baş məşqçisi Karlo Ançelottinin vergi fırıldaqçılığı ittihamı ilə məhkəmə qarşısına çıxacağı gözlənilir. İtaliyalı məşqçi 2014-cü ildə imic hüquqlarından əldə edilən 400 min avronu vergilərdən yayındırmaqda ittiham olunur.
Bu barədə ilk araşdırma zamanı istintaq Ançelottinin 2015-ci ildə baş verdiyi iddia edilən cinayətdə günahının olmadığını təsdiqləmişdi. Lakin məsələyə yenidən baxılacaq.
Çox güman ki, yaxın vaxtlarda baş tutacaq məhkəmə, məşqçinin böyük məbləğdə cərimələnməsi ilə yekunlaşacaq.