Anna Skidan 13-cü yeri tutub

Rio-2016-da atletika yarışında bir olimpiyaçımız mübarizəyə başlayıb. Allsport.az saytı xəbər verir ki, bu gecə Anna Skidan ilk cəhdində 67,05, sonra 68,98, daha sonra 70,09 metr məsafələrə çəkic atıb.

O, öz qrupunda 16 iştirakçı arasında 7-ci olub. Milliləşdirilmiş ukraynalı legionerimiz final mərhələsinə çıxa bilməyib. İdmançımız 12-ci yeri tutan fransalı Aleksandra Tavernyerdən cəmi 21 sm geri qalıb.

Həmin kateqoriyadan