- Baxış sayı: 84
- 02 Noyabr 2026 21:48
- Baxış sayı: 337
- Noyabr 09, 2026
- 0

Antalyada taekvondo üzrə keçirilən G-2 kateqoriyalı Türkiyə açıq beynəlxalq turnirində milli komandamızın üzvləri Xanoğlan Kərimov (68 kq), Cavad Ağayev (80 kq) və Həmidreza Bədrialiabadi (+87 kq) böyüklər arasında bürünc medala layiq görülüblər.
Allsport.az xəbər verir ki, medala gedən yolda Kərimov dörd, Bədrialiabadi və Ağayev isə üç rəqibi üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.