Antonio Espinos: Belə mötəbər yarışı keçirməyə hər ölkə layiq görülməyib

2-4 sentyabrda Heydər Əliyev adına idman kompleksində karate-1 premyer liqası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ilk dəfə Azərbaycanda təşkil olunan yarışda 58 ölkədən 346 idmançı iştirak edəcək. Azərbaycanda 17 idmançı qatılacaq. Tədbiri izləmək üçün ölkəmizə gələn qonaqlar arasında dünya və Avropa karate federasiyasının prezedenti Antonio Espinos da var. O bu gün “Naxçıvan-Həyat” mehmanxanasında keçirilən mətbuat konfransında Azərbaycanda təşkilatçılığı yüksək qiymətləndirdi:

“Belə mötəbər yarışı keçirməyə hər ölkə layiq görülməyib. Azərbaycan buna ilk dəfə layiq görüləcək. Qarşı tərəfə inam böyükdür. Mill karate federasiyasının Yaşar Bəşirovu uzun illərdir tanıyıram, qabiliyyətinə bələdəm. Bakıya ən güclü karateçilər toplaşıb. 12 kateqoriya üzrə 34 idmançı medal imkanı qazanacaq

Karatedə bir olimpiya halqası çatışmır. Amma ümumilikdə karate universal idman növüdür. Tokioda karate olimpiya proqramına daxil edildi. Çalışacağıq ki, Los Anceles-2028-də də təmsil olunaq. Biz buna haqq edirik. Karatenin inkişafı üçün çox iş görülür”.

Həmin kateqoriyadan