“Arda Gülər ​​ölkə futbolu üçün çox önəmlidir”

Allsport.az xəbər verir ki, “Barselona”nın və “Atletiko”nun keçmiş yarımmüdafiəçisi Arda Turan, Arda Gülərə “Real”da uğurlar arzulayıb:

“Arda Gülər ​​“Barselona”ya keçsəydi, daha çox sevinərdim, amma onun “Real”ı seçəsi mənə qəribə görünmür.

Mənim oynadığım Kataloniya təmsilçisi tarixin ən yaxşısı idi, lakin indiki “Barselona” yenidən qurulma mərhələsindədir. “Real” da yenilənir, amma “kral klubu”, daha yetkin komandadır. Ona ən yaxşısını arzulayıram.

Gülər ​​ölkəmizin futbolu üçün çox önəmlidir. İlk öncə Ardanın inkişafına verdiyi töhfələrə görə “Fənərbağça”ya təşəkkür edirəm. Ona uğurlar arzulayıram və dünyanın ən yaxşı oyunçularından birinə çevriləcəyinə inanıram”.

Həmin kateqoriyadan