Argentina və Niderland 1/4 finalda

Bu gün Qətərdə DÇ-2022-də 1/8 final mərhələsinə start verilib. Allsport.az saytı xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

Öncə Niderland millisi ABŞ-la üz-üzə gəlib. “Xəlifə” stadionunda “narıncılar” rəqibə 3:1 qalib gəliblər.

Günün digər qarşılaşması Argentina və Avstraliya futbolçuları arasında “Əhməd ibn-Əli” stadionunda baş tutub. Messinin komandası 2:1 üstün olub.

1/4 finalda Niderland seçməsi Argentina ilə üz-üzə gələcək.

Həmin kateqoriyadan