Argentinalı müdafiəçi Bundesliqada

Argentinalı müdafiəçi Bundesliqada

“Bayer”, “Marsel”in mərkəz müdafiəçisi Fakundo Medinanı heyətinə qatıb.

Allsport.az xəbər verir ki, 27 yaşlı futbolçu Bundesliqa təmsilçisi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb.

Medina yeni klubunda 2 nömrəli formanı geyinəcək.

“Bayer” bu transfer üçün “Marsel”ə 23 milyon avro ödəyəcək. Daha 2 milyon avro bonuslar şəklində nəzərdə tutulub.

Medina 2025/26 mövsümündə Fransa liqa 1-də 17 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, 7 dəfə sarı vərəqə alıb. Argentina millisinin üzvü DÇ-2026-da isə 5 oyunda 1 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan