Qafilədə mətbuata qafiyə tutan özü qafil

Avro-2024-ün seçməsində Brüsseldə “Kral Boduena” stadonunda Belçika – Azərbaycan oyunu meydan sahiblərinin 5:0 hesanlı qələbəsi ilə bitib. Matçdan sonra ənənəvi mətbuat konfransına millimizin baş məşqçisi Canni de Byazi, haqlı tənqidi suallara yenə dözümsüzlük nümayiş etidib. İtaliyalı mütəxəssis bu dəfə bütün sərhədləri aşaraq, azərbaycanlı jurnalistləri aşağılayıb: “Mən belə axmaq jurnalistlərə rast gəlməmişəm. Bu barədə heç nə bilmirlər, axmaq suallar verirlər və sadəcə axmaqdırlar. Bizim Bakıda Avstriya, İsveç və Belçika ilə oyunumuzu unudurlar. Onlar “Fiat-500” ilə “Ferrari” komandasına qalib gələ bilməyəcəyinizi görməyə qadir deyillər”.

Bu azmış kimi, o, açıq şəkildə tərcüməçidən bunu tərcümə etməyi xahiş edib ki, belçikalı həmkarlarımız bunu başa düşsünlər. Sonra mətbuat konfransını yarımçıq tərk edib. Çalışdırıcı 67 yaşına gəlib, amma hələ də anlamır ki, 19 dəfə qapıçı qurtarış etsə, 56 kərə top dirəyə dəysə belə, yenilgi yenilgidir, üzücüdür və tarixdə hesab qalır – o dünyada olduğu kimi, bu dünyada da axırda sorulur və əgər nəticə varsa, heç də yanındakı köməkçi-məşqçiyə təpik atmağa ehtiyac yoxdur. Əski Burqundiyada mətbuat konfransındakı səhnəni isə, “O olmasın, bu olsun” musiqili-komediyasında ziyafətdə olanlarla eyniləşdirmək olar.

Məşədi İbadın qız görmək üçün Rüstəm bəyin evinə gəlir. Görüşdən məmnun qalan qonaq getmək istəyərkən, ev sahibi onu qohum olması şərəfinə təşkil etdiyi məslisə dəvət edir. Yeyib-içib kefləri kökələn bəylər, təzə bəyin ünvanına müxtəlif aşağılayıcı fikirlər səsləndirirlər. Sonda xüdafizləşmə səhnəsində Məşədi İbadla Həsən bəy arasında dialoq var: “Cəhənnə ol, mürtət oğlu mürtət. – Necə, necə? Mənə “meymun” dediyin bəs deyil, hələ bir əl də verirsən? Axmağın biri axmaq. – Axmaq sənin atandır, qurumsağın biri qurumsaq…”

Həmin kateqoriyadan