“Arpaçay” beynəlxalq “Baku Open” turnirinə hazırlaşır

Ölkəmizin aparıcı karate klublarından olan “Arpaçay” cari mövsümə hazırlaşır. Allsport.az saytı xəbər verir ki, 5-8 martda milli karate federasiyası tərəfindən boks mərkəzində beynəlxalq “Baku Open” keçiriləcək. “Arpaçay”ın komandası bu sınaq üçün bir araya gəlib. Klubun prezidenti Yavər Hüseynov, 1-ci vitse-prezidenti Hidayət Şabanov, baş katib Vüqar Kərimov, habelə klubunun Sumqayıt bölmələrinin məşqçiləri Mehman ƏlirzayevPərviz Quliyevin rəhbərliyi ilə keçirilən toplanışda 100-ə yaxın karateçi iştirak edib.

Təlim-məşqdə iştirak edən idmançıların əvvəlcə hazırlıq səviyyəsi yoxlanılıb, daha sonra uşaqlar və yeniyetmələr arasında fərdi kumite döyüşləri keçirilib. Klubun rəhbərinin verdiyi məlumata görə, “Arpaçay”ın geniş heyətlə qatılacağı bu yarışa, həmçinin digər yerli və beynəlxalq yarışlara hazırlıq məqsədilə bu qəbildən olan təlim-məşq toplantıları noyabrın sonuna nəzərdə tutulan karate üzrə ölkə çempionatına qədər mütəmadi olaraq davam etdiriləcək.

Həmin kateqoriyadan