“Arsenal” 3 futbolçu ilə müqavilə imzalayıb

“Arsenal” “Krasnodar”dan yarımmüdafiəçi Rüstəm Xalnəzərovu, “Alaniya”dan müdafiəçi Aleksandr Korotkovu icarəyə götürüb və hücumçu Kərim Girayevi azad agent kimi heyətinə qatıb. Həmçinin qapıçı Mixail Levaşovla müqaviləni uzadıb.

22 yaşlı Xalnəzərov “Krasnodar”ın yetirməsidir. Ötən mövsüm o, 1-ci liqada 27, RPL-də isə 1 oyun keçirib.

23 yaşlı Korotkov isə “Zenit”in yetirməsidir. Onun “Rodina” və “Veles” klublarında da oynayıb. Ötən mövsüm o, “Alaniya”nın heyətində 16 oyun keçirib.

Həmin kateqoriyadan