40 milyonluq transfer heyətə salınmadı

“Arsenal” çempionlar liqasının qrup mərhələsi üçün 25 futbolçudan ibarət iştirak ərizəsini təsdiq edib.

Allsport.az xəbər verir ki, London klubunun 40 milyon avroluq yeni tranferi Yurien Timber siyahıda yer almayıb. Buna səbəb 22 yaşlı futbolçunun avqust ayında sağ dizindən aldığı zədə olub

İştirak ərizəsi:

Qapıçılar: Aaron Ramzdeyl, David Raya, Ceyms Hillson.

Müdafiəçilər: Sedrik Soares, Lino Souza, Takehiro Tomiyasu, Aleksandr Zinçenko, Ben Uayt, Qabriel, Yakub Kiver, Uilyam Saliba.

Yarımmüdafiəçilər: Mohamed El-Nenny, Jorjinyo, Tomas Parti, Deklan Rays, Martin Odeqard, Kai Haverts, Fabiyo Vieyra, Emile Smit-Rov

Hücumçular: Leandro Trossard, Bukayo Saka, Qabriyel Martinelli, Reis Nelson, Edvard Nketiya, Qabriyel Jesus.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsində “Arsenal”ın rəqibləri PSV, “Sevilya” və “Lens”dir.

Həmin kateqoriyadan