Vahid idman geyimlərinin rəsmi satış mağazasında

Vahid idman geyimlərinin rəsmi satış mağazasında

İyulun 30-da gənclər və idman naziri Fərid Qayıbov milli komandaların vahid idman geyimlərinin rəsmi satış mağazasında olub, burada təqdim olunan məhsullarla maraqlanıb. Ona yeni fəaliyyətə başlayan dükan barədə məlumat verilib.

Allsport.az saytı xəbər verir ki, orada milli komandaların hər fəslə uyğun müxtəlif çeşiddə idman geyimləri, bər-bəzəkləri və çantaları təqdim olunur. Alıcılar milli komandaların, müxtəlif klubların geyim və digər məhsullarını əldə edə bilərlər.

Mağaza, Tofiq Bəhramov adına respublika stadionunun qarşısında yerləşir.

Həmin kateqoriyadan