Aşağı yaş qrupu üzrə badmintonçuların ölkə birinciliyinə yekun vurulub

5 №-li Bakı peşə liseyində badminton federasiyası ilə Bakı şəhər gənclər və idman baş idarəsinin birgə təşkilatçılığı ilə 2009-2011 təvəllüdlülər arasında Azərbaycan birinciliyinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışda 18 oğlan və 12 qız yarışıb.Qaliblər 5 kateqoriya üzrə müəyyənləşib.

Şəxsi oğlanlar: 1.Murad İbrahimli, 2.Əmirxan İmanov, 3.Anar Hüseynov. Şəxsi qızlar: 1.Əminə İsmayılova, 2.Zəhra Rüstəmova, 3.Nəzrin Ağamuradova. Qoşa oğlanlar: 1.Murad İbrahimli – Əmirxan İmanov, 2.Əli Gözəlov – Sübhan Həsənəliyev, 3.Anar Hüseynov – Vüsal Məmmədli.

Qoşa qızlar: 1.Zəhra Rüstəmova – Əminə İsmayılova, 2.Aliyə Bağırova – Nəzrin Ağamuradova, 3.Nəzrin Mehrəlizadə – Qətibə Zeynalova. Qarışıq-qoşa: 1.Murad İbrahimlli – Əminə İsmayılova, 2.Əmirxan İmanov – Zəhra Rüstəmova, 3.Əli Gözəlov – Nəzrin Ağamuradova.

Qaliblər hədiyyə, diplom və medallarla təltif olunublar.

Həmin kateqoriyadan