Aşağı yaşlı karateçilərimiz dünya kuboku və gənclər liqasında

İyulun 2-4-də aşağı yaşlı karateçilər arasında Xorvatiyanın Poreç şəhərində dünya kuboku və gənclər liqası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu sınaqda 59 idmançımız iştirak edəcək.

AMKF-nin prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçilər Seymur Xudaverdiyev, Nağı Mehdiyev və Şahin Atamov, həmçinin kata üzrə baş məşqçi Vahid Ayvazov, beynəlxalq hakimlərdən isə Cahangir Babayev və Şahin Xudaverdiyev yer alıblar.

Dünya karate federasiyasının bu rəsmi turnirləri avqustun 2-ci yarısı Finlandiyanın Tampere şəhərində yeniyetmə və gənclər arasında keçiriləcək Avropa çempionatına son hazırlıq xarakteri daşıyır.

Dünya kuboku və liqa yarışlarında 60-dək ölkədən 1700-ə yaxın karateçi iştirak edəcək.

Həmin kateqoriyadan