Asiman Qurbanlı Lissabonda finala yüksəldi

Lissabonda Karate1 premyer liqa turniri davam edir. Allsport.az xəbər verir ki, Asiman Qurbanlı (84 kq+) yarışda Rumıniya, İsrail, Ukrayna və Almaniyadan olan rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb.

Onun qızıl medal uğrunda həlledici görüşdə rəqibi Gürcüstan təmsilçisi olacaq. Qarşılaşma mayın 2-də baş tutacaq.

Bazar günü mükafatlar uğrunda yarışlarda kata milli komandamız isə bürünc medal görüşünə çıxacaq. Nüfuzlu turnir idmançılara Tokio olimpiadasında iştirak etmək üçün xüsusi reytinq xalları da qazandırır.

Yarışda Azərbaycanı 15 idmançıdan ibarət heyət təmsil edir.

Həmin kateqoriyadan