Asiman Qurbanlı Top-10-da 3-cü yer tutub

Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda qran-prinin Top-10-nunda karateçimiz Asiman Qurbanlı bürünc medal qazanıb. 

Allsport.az saytı xəbər verir ki, turnirə 12 nəfər dəvət alıb. İdmançımızdan başqa, mükafatlar uğrunda Emil Pavlov və Petar Zaborski (hər ikisi – Şimali Makedoniya), Nikola Maloviç (Monteneqro), Gabor Harspataki və Tadissi Matial (Macarıstan), Riyad Cuho (Bosniya və Hersoqovina), Mikele Martina (İtaliya), Ərman Əltimur (Türkiyə), Ancelo Kvesiç və Enes Qariboviç (Xorvatiya) və Trikoş (Serbiya) mübarizə aparıblar.

4 qrupa bölünən kimono ustaları mütləq çəkidə döyüşüblər. Dairəvi sistemlə yarışın mükafatçıları topladığı ballar əsasında təyin edilib. Qalibə 2000, 2-ci yeri tutana 1000 avro, 3-cü pilləyə çıxanların hər birinə 500 avro pul mükafatı verilib. 

Həmin kateqoriyadan