- Baxış sayı: 41
- 16 İyul 2026 16:55
- Baxış sayı: 453
- İyul 15, 2026
- 0

“Fənərbağça” heyətini təcrübəli basketbolçu Uill Klaybernlə gücləndirib.
Allsport.az xəbər verir ki, Türkiyə klubu 36 yaşlı amerikalı forvardla bir illik müqavilə imzalayıb.
201 sm boya malik Klaybern karyerası ərzində Avroliqada 276 oyuna çıxıb. O, 2018/2019 mövsümündə ÇSKA-nın heyətində Avroliqanın qalibi olub, “Dördlər finalı”nın “Ən dəyərli oyunçusu” seçilib və turnirin rəmzi komandasına daxil edilib. Təcrübəli basketbolçu həmçinin ÇSKA ilə üç dəfə VTB liqasının, “Anadolu Efes”lə Türkiyə, “Virtus Bolonya” ilə isə İtaliya çempionu adını qazanıb.
Klaybern ötən mövsüm “Barselona”nın formasını geyinib. O, Avroliqada keçirdiyi oyunlarda orta hesabla 13,8 xal, 4,2 ribaund, 1,6 məhsuldar ötürmə və 1,1 topalma ilə yadda qalıb.