Avropa çempionatına hazırlıq

Martın 25-29-da Bakıda keçirilən böyüklərin karate üzrə 55-ci Avropa çempionatına hazırlıq davam edir.

Allsport.az xəbər verir ki, yarışın təşkilat qrupunun üzvləri Pride PR agentliyinin nümayəndələri ilə görüşüb. Əvvəlcə Avropa çempionatının keçiriləcəyi milli gimnastika arenasında yarış zalına baxış olub. 

Sonra milli karate federasiyasının ofisində görüşdə Bakıda ilk dəfə təşkil olunacaq böyüklərin Avropa çempionatının məsuliyyəti barədə danışılıb və yarışın yüksək səviyyədə təşkil olunmasının əsas hədəflərdən olduğu bildirilib. 

Federasiya prezidenti Yaşar Bəşirov və agentliyin bədii direktoru Andrey Leromin və görüş iştirakçıları açılış mərasiminin ssenarisini bir daha diqqətdən keçiriblər. Yığıncaqda mükafatlandırma mərasiminin detalları və digər məsələlər barədə müzakirə aparılıb.

Həmin kateqoriyadan