Avropa çempionatında bizdən neçə samboçu güləşəcək?

17-21 mayda Yunanıstan paytaxtı Afinada samboçuların Avropa çempionatı keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi Ağasif Səmədov (52 kq), Mehman Xəlilov (57 kq), Cavidan Qarayev (62 kq), Emil Həsənov (68 kq), Kamran Əsgərov (74 kq), Ceyhun Hüseynov (82 kq), Nizami Məmmədov (100 kq) və Vasif Səfərbəyov (+100 kq) təmsil edəcəklər.

Döyüş sambosunda Ramil Vəliyev (74 kq) və Nəbi Məmmədov (100 kq) birincilik uğrunda mübarizə aparacaqlar.

 

Həmin kateqoriyadan