FOTO
Avropa çempionatında uğur qazanan fudokançılarla görüş

Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov, Polşanın Katovis şəhərində fudokan üzrə 25-ci Avropa çempionatının qalib və mükafatçılarını və dünya fudokan federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi ilə görüşüb.

Allsport.az xəbər verir ki, o, qalib və mükafatçıları təbrik edib, fudokan üzrə ölkəmizdə gələcəkdə böyük layihələrin həyata keçirilməsi və bu idman növünün inkişafı ilə bağlı müzakirələr aparılıb. 

DFF-nin Azərbaycandakı rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadə dünya fudokan federasiyası tərəfindən verilmiş 25-ci Avropa çempionatının xatirə medalını və Azərbaycan komandasının qazandığı uğurlara görə təşəkkür diplomunu ona təqdim edib.

Sonda fərqlənənlər fəxri diplomlar ilə təltif edilib. Avropa çempionatında şəxsi döyüşlərdə (uşaqlar arasında) Elməddin Səlimli qızıl, Əsəd İmanov gümüş, Nicat Əsədov bürünc medal qazanıblar. Ülvi Məmmədovun kapitanı olduğu böyüklər arasında komanda isə bürünc qitə çempionatını bürünc medalla başa vurub.

Həmin kateqoriyadan