- Baxış sayı: 27
- 02 Noyabr 2026 13:35
- Baxış sayı: 271
- Oktyabr 25, 2026
- 0

İTV və “İdman” TV 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin rəsmi yayım hüququna yiyələnib.
Allsport.az xəbər verir ki, noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə final mərhələsinin püşkatma mərasimi saat 21:00-dan canlı yayımlanacaq.
12 iyun-12 iyulda keçiriləcək AÇ-2020-nin final mərhələsinin oyunları tarixdə ilk dəfə Avropanın 12 şəhərində təşkil olunacaq. Qitə çempionatının qrup mərhələsinin 3 və 1/4 final mərhələsinin bir qarşılaşması Bakı olimpiya stadionunda oynanılacaq.