- Baxış sayı: 36
- 09 Avqust 2026 11:28
- Baxış sayı: 221
- Avqust 05, 2026
- 0

U-18 qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının “B” divizionunda son oyununu keçirib.
Allsport.az xəbər verir ki, komandamız Rumıniyanın Tulça şəhərində təşkil olunan turnirdə 17-20-ci yerlər uğrunda görüşdə Norveç seçməsi ilə qarşılaşıb.
Millimiz rəqibini 77:48 hesabı ilə məğlub edərək çempionatdakı çıxışını qələbə ilə başa vurub. Qarşılaşmanın ən dəyərli basketbolçusu (MVP) Azərbaycan millisinin üzvü Polina Şukina seçilib. O, görüşdə 25 xal toplayıb və 22 götürmə edib.
Beləliklə, U-18 qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının “B” divizionunda 20 komanda arasında 17-ci yeri tutub.