Avropa gənclərinin yay olimpiya festivalının və İslam həmrəyliyi oyunlarının vaxtları dəyişdirildi

Dünyanı cənginə alan koronavirus pandemiyası bütün sahələrə olduğu kimi, böyük idman yarışlarına da təsirsiz ötüşmür. Allsport.az saytı xəbər verir ki, Tokio-2020 yay olimpiya oyunlarının 2021-ci il 23 iyul – 8 avqustda keçirilməsi gələn il nəzərdə tutulan 2 mötəbər yarışın da vaxtının dəyişdirilməsinə səbəb olub.

24 iyul – 1 avqustda Slovakiyanın Banska-Bıstritsa şəhərində təşkil edilməli olan Avropa gənclərinin yay olimpiya festivalı 2022-ci ilin 24-30 iyul tarixlərində olacaq.

2021-ci ilin 20-29 avqustda Türkiyənin Konya şəhərinin qəbul etməli olduğu 5-ci İslam həmrəyliyi oyunları ilə Tokio olimpiadası arasındakı qısa zaman kəsiyi səbəbindən, təşkilatkKomitəsi bu yarışın 2022-ci ilin avqustunda keçirilməsinə qərar verib.

2 ildən bir təşkil edilən EYOF-a və 4 idən bir keçirilən İslamiadaya son dəfə ölkəmiz ev sahibliyi edib.

Həmin kateqoriyadan