Avropa Stolüstü Tennis Birliyinin konqresində bizimkilər hansı komitədə yer alıb?

Qitə çempionatı ərəfəsində İspaniyanın Alikante şəhərində Avropa Stolüstü Tennis Birliyinin növbəti konqresi keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda ASTF-in vitse-prezidentləri Fazil Məmmədov və Səbuhi Mehdizadə iştirak ediblər. Yığıncaqda olan məsələlər növbəti çempionatının keçirilmə yeri, 2019-cu ilin illik büdcəsi müzakirə edilməsi və qurumun komitələrinə seçkilər olub.

Gündəlikdə olan digər məsələlərdən biri də şəxsi kateqoriyada Avropa çempionatında iştirakla bağlı yeni qaydaların təklif edilməsi idi. Belə ki hər bir Assosiasiyanın bundan sonra Avropa çempionatında iştirakçı sayı əvvəlki ilin reytinqinə əsasən müəyyənləşəcək. 

Federasiyanın vitse-prezidenti Səbuhi Mehdizadə yenidən Avropa Stolüstü Tennis Birliyinin Texniki komitəsinin, yığma komandanın məşqçisi Fərhad İsmayılov da həmçinin veteranlar komitəsinin üzvü seçilib.

Həmin kateqoriyadan