Avstriyada Rafael Ağayevə olimpiadaya düşmək üçün 3 qələbə bəs edir

28 fevral – 1 martda Avstriyanın Zalsburq şəhərində Karate1 premyer liqa turnirində mübarizə aparacağıq. Allsport.az xəbər verir ki, mövsümün 3-cü mərhələsinə federasiyasının prezidenti Yaşar Bəşirovun başçılıq etdiyi 14 idmançıdan ibarət heyət yola düşür.

Baş məşqçilər Bahəddin Kandaz (kişilər) və Denis Morozov (qadınlar), böyük məşqçi Şahin Xudaverdiyev kumite yarışlarında Firdovsi Fərzəliyev (60 kq), Rafiz HəsənovTural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah AbdullayevTurqut Həsənov (84 kq), Şahin AtamovAsiman Qurbanlı (+84 kq), Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyevanı (+68 kq) müşayiət edəcək. 

Kata yarışlarına isə baş məşqçi Vahid Ayvazovun rəhbərliyi ilə yalnız Roman Heydərov qatılacaq.

Zalsburqda premyer liqasını idarə edən referilər arasında beynəlxalq hakim Cahangir Babayev da olacaq. Dünya karate federasiyasının ən nüfuzlu liqa yarışında 88 ölkədən 625 karateçi yarışacaq. Turnir karateçilərə dünya və olimpiya reytinqi xalları qazandıracaq.

İrina Zaretska Dubayda karate1 premyer liqa turnirində Tokio olimpiadasına lisenziya əldə edib. Rafael Ağayevin yay olimpiya oyunlarına vəsiqə əldə etməsi üçün Zalsburq mərhələsində üç qələbə kifayət edir.

Həmin kateqoriyadan