“Ay-ulduzlular”ımızın hunlara və ərəblərə qarşı heyəti

“Ay-ulduzlular”ımızın baş məşqçi Nikola Yurçeviç qarşıdakı oyunlar üçün heyəti açıqlayıb. Allsport.az saytı xəbər verir ki, millimiz oktyabrın 6-da və 7-də Bakıda, 8-də və 9-da Bəhreyndə, ayın 10-dan 13-dək Macarıstanda təlim-məşq toplanışında olacaq. Yığmamız ayın 9-da Bəhreynlə beynəlxalq yoldaşlıq oyunu keçirəcək, 13-də isə Avro-2020-nin seçmə qrup mərhələsində hunlarla qarşılaşacaq.

Qapıçılar: Səlahət Ağayev (“Neftçi”), Emi Balayev (“Tobol”, Qazaxıstan), Şahruddin Məhəmmədəliyev (“Qarabağ”)

Müdafiəçilər: Şəhriyar Əliyev (“Sumqayıt”), Ömər Buludov (“Neftçi”), Abbas Hüseynov, Bədavi Hüseynov (hər ikisi – “Qarabağ”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Şəhriyar  Rəhimov (“Səbail”), Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə (“Sabah”);

Yarımmüdafiəçilər: Qara Qarayev, Riçard Almeyda, Mahir Əmrəli, Araz Abdullayev (“Qarabağ”), Emin Mahmudov (“Neftçi”), Eddi İsrafilov (“Albasete, İspaniya), Cavid Hüseynov (“Zirə”), Rəşad Eyyubov (“Sabah”);

Hücumçular: Ramil Şeydayev (“Dinamo”, Moskva, Rusiya), Rüfət Dadaşov (“Proyssen”, Almaniya), Renat Dadaşov (“Pakuş de Fereyra”, Portuqaliya), Ağabala Ramazanov (“Səbail”).

Həmin kateqoriyadan