- Baxış sayı: 31
- 05 May 2026 17:23
- Baxış sayı: 121
- May 04, 2026
- 0

Millətlər liqasının seçməsində Belarusla səfər oyunu neytral meydanda keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
İntizam komitəsinin qəbul etdiyi qərara əsasən, “ağ qanadlar” və digər yaş qrupu üzrə yığmalar UEFA-nın bayrağı ilə bütün turnirlərdə ev oyunlarını neytral meydanlarda keçirmələri olacaqlar. Həmçinin Belarus komandalarının ev sahibliyi edəcəyi matçlar tamaşaçısız oynanılacaq.
“Ay-ulduzlular”ımız “C” liqasının 3-cü qrupunda Belarus, Slovakiya, Qazaxıstan/Moldova ilə mübarizə aparacaq. Komandamız Belarusla səfər görüşünü iyunun 6-sı keçirəcək. Cavab oyunu isə iyunun 13-ü Bakıda olacaq.