“Ay-ulduzlular”ın heyəti açıqladı

Avro-2024-ün seçməsində Belçikanı (9 sentyabr), beynəlxalq yoldaşlıq oyununda İordaniyanı (12 sentyabr) qəbul edəcək millimizin heyəti müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, “Dalğa arena”da keçiriləcək matçlara baş məşqçi Canni de Byazi 26 futbolçu dəvət edib.

İtaliyalı mütəxəssis Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” klubunun Asiya çempionlar liqasında iştirakını nəzərə alaraq, onun Belçika ilə oyundan sonra millini tərk etmək istəyini müsbət qarşılayıb.

Qapıçılar: Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Səlahət Ağayev (“Səbail”), Yusif İmanov (“Sabah”)

Müdafiəçilər: Amin Seydiyev (“Sabah”), Anton Krivotsyuk (“Daejon Hana”, Cənubi Koreya), Bəhlul Mustafazadə, Toral Bayramov, Rahil Məmmədov  (hamısı – “Qarabağ”), Bəxtiyar Həsənalızadə (“Tuzlaspor” Türkiyə), Höccət Haqqverdi (“Neftçi”), Elvin Bədəlov (“Sumqayıt”) Yusif Nəbiyev (“Səbail”), Elvin Cəfərquliyev (“Qarabağ”)

Yarımmüdafiəçilər: Coşqun Diniyev (“Umraniyəspor”, Türkiyə), Elvin Camalov (“Sabah”), Emil Səfərov (“Qəbələ”), Emin Mahmudov (“Neftçi), Filip Ozobiç (“Neftçi), Rüstəm Əhmədzadə, Qismət Alıyev (hər ikisi – “Zirə”),  Ozan Can Köyçü (“Eyndhoven”, Niderland), Aleksey İsayev (“Sabah”)

Hücumçular: Mahir Əmrəli (“Dinamo” Xorvatiya), Ramil Şeydayev (“Buriram Yunauyed”, Tailand), Renat Dadaşov (“Qrasshopper”, İsveçrə), Musa Qurbanlı (“Yurqorden”, İsveç).

Həmin kateqoriyadan