“Ayaks” yarımmüdafiəçi transfer edib

“Ayaks” “Mançester Siti”nin sol hücumameyilli yarımmüdafiəçisi Karlos Borjesi transfer edib.

Allsport.az saytı xəbər verir ki, Amsterdam klubu portuqaliyalının transferi üçün 14 milyon avro ödəyəcək. Yekun məbləğ bonuslar hesabına 19 milyona yüksələ bilər.

19 yaşlı futbolçu “qırmızı-ağlar”la 2028-ci il iyunun 30-na kimi müqavilə imzalayıb.

2022/23 mövsümündə Borjes “Mançester Siti” U19 və U21 gənclər komandalarında 33 oyuna çıxıb, 29 qol vurub və 18 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan