- Baxış sayı: 36
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 73
- Sentyabr 17, 2026
- 0

Moskva “Spartak”ının baş direktoru Tomas Tsorn azərbaycanlı futbolçu Ayaz Quliyevin əsas komandadan uzaqlaşdırılmasından danışıb. Allsport.az xəbər verir ki, o, intizamsızlıq edən futbolçu ilə bağlı qərarın dəyişdirilməsinin mümkün olduğunu deyib:
“Ayazla bağlı bundan sonra necə olacağını bilmirəm. Bu, onun özündən asılı olacaq. Mən Ayaz kimi futbolçunun üstündən xətt çəkməzdim. Bir müddət əvəzedici heyətdə olacaq. Mövsümün bərpasına dörd həftə var.
Bu müddətdə nə baş verəcəyini birlikdə görəcəyik. Hələlik Quliyevin iyunun 10-dan “Spartak-2″ ilə məşqlərə başlayacağını güman edirik. Onunla hələ danışmamışam, amma mütləq söhbətimiz olacaq”.
23 yaşlı yarımmüdafiəçi bu mövsüm “Spartak”ın heyətində Rusiya premyer liqasında 11 oyun keçirib.