Ayxan Abbasov: “Qələbəni əldən versək də, futbolçulardan razıyıq”

“Zirə”nin məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Çempionatın ən maraqlı oyunlarından birinə şahidlik etdik. Düşünürəm ki, oyunu oxşar komandalar mübarizə apardı. Qəbələ səfərindən sonra heyətdə müəyyən yorğunluq vardı. Oyunun əvvəlində qol buraxsaq da, sonradan toparlanıb hesabda önə keçdik. Qırmızı vərəqədən sonra müdafiə olunmağa məcbur olduq. Rəqib bərabərlik qolunu vursa da, futbolçulardan razıyıq. 3 gün sonra bizim “İnter”lə çətin oyunumuz var. Kollektivimiz genişdir, təcrübəli oyunçularımız az deyil. Qarşıdakı oyuna hazırlaşıb, öz oyunumuzu sərgiləyəcəyik. Hər oyun bizim üçün təcrübədir. Düşünürəm ki, bu oyunda bizim üçün 1 xal yaxşı nəticədir”.

Həmin kateqoriyadan