Ayxan Mamayevə Xorvatiyadan dəvət

Karateçimiz Ayxan Mamayev (84 kq) “Super 8” Xorvatiya kubokuna dəvət alıb. Allsport.az saytı xəbər verir ki, yarışda 8 tanınmış kimono ustası iştirak edəcək.

Həmyerlimizlə yanaşı, Kenji Qrillon (Fransa), Ərman Eltemur (Türkiyə), Miçele Martina (İtaliya), Alvin Karaqi (Kosova), Djordje Teşanoviç (Serbiya), Enes Qariboviç və Ante Mrviçiç (Xorvatiya) kimi dünya və Avropa çempionatlarının qalib və mükafatçıları mübarizə aparacaqlar.

Mütləq çəki dərəcəsində təşkil olunacaq turnir qrup sistemi üzrə keçiriləcək. Hər 2 qrupun qalibi finalda, 2-ci yeri tutanlar bürünc medal uğrunda çıxış edəcəklər.

Yarış mayın 11-də Zaqrebdə keçiriləcək.

Həmin kateqoriyadan