Azərbaycan Avropa “Fair Play” konqresində

Mayın 16–20-də Yunanıstanın Olimpiya şəhərində keçirilən Avropa ədalətli oyunlar hərəkatının konqres və baş assambleyasında Azərbaycan ədalətli oyunlar komissiyasının sədri Xəzər İsayev və komissiyanın məsul katibi Aysel Sultanova təmsil olunublar.

Allsport.az xəbər verir ki, konqresdə “İdmanda inklüzivlik və Fair Play təhsili” müzakirə olunub. Tədbir çərçivəsində həmçinin “Ədalət naminə Avropanı keçək” estafeti təqdim olunub.

Mayın 18-də keçirilən qala gecəsində Paris-2024-ün gümüş medalçısı Həşim Məhəmmədov “Ədalətli Oyun Ruhu” mükafatına layiq görülüb. Onun video müraciəti də tədbirdə nümayiş olunub.

Mayın 19-da dünya “Fair Play” günündə nümayəndələr Pyer de Kubertenin büstünü ziyarət ediblər. Elə həmin gün keçirilən seçkilərdə AzƏOK-un sədri Xəzər İsayev AƏOH-un icraiyyə komitəsinə üzv seçilib.

Həmin kateqoriyadan