Böyükağa Hacıyevə həsr edilən “Müdafiədən hücuma” sənədli filminin təqdimatı olub

Böyükağa Hacıyevə həsr edilən “Müdafiədən hücuma” sənədli filminin təqdimatı olub

Uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili məqsədilə həyata keçirilən sosial layihə çərçivəsində Futbol veteranları komissiyasının təşəbbüsü, Naxçıvan təhsil nazirliyi, “Naxçıvan televiziya və radio verilişləri” QSC və Naxçıvan futbol federasiyasının dəstəyi ilə Heydər Əliyev adına uşaq yaradıcılıq mərkəzində görkəmli futbol mütəxəssisi Böyükağa Hacıyevin həyat və fəaliyyətinə həsr olunmuş “Müdafiədən hücuma” sənədli filminin nümayişi keçirilib.

Allsport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən təhsil nazirliyi aparatının uşaq və gənclərin inkişafı sektorunun müdiri Hüseyn Qəhrəmanov belə tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və asudə vaxtlarının səmərəli təşkili baxımından əhəmiyyətini vurğulayıb. Naxçıvan televiziyasının baş redaktoru Gülməmməd Əliyev sənədli filmlərin milli dəyərlərin və tarixi irsin təbliğində mühüm rolundan danışıb.

Naxçıvan futbol federasiyasının baş katibi Raqif Abbasov gənc nəslə futbol tarixinin tanıdılması istiqamətində belə tədbirlərin əhəmiyyətini qeyd edib. Naxçıvan futbol veteranları komissiyasının sədri Arif Xudiyev isə mərhumun Azərbaycan futboluna verdiyi töhfələrdən bəhs edib. Tədbir çərçivəsində canlı bağlantı vasitəsilə Böyükağa Hacıyevin oğlu Yusif Hacıyev, eləcə də “Araz-Naxçıvan” klubunun sabiq futbolçuları Yura Yarimizen, Bəhrəm Şahquliyev, Nadir VəliyevFiruz Qulamov öz xatirələrini bölüşüblər.

Sonra iştirakçılar “Müdafiədən hücuma” sənədli filmini izləyiblər. Tədbir xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.

Həmin kateqoriyadan