“Sağlam məhəllə” layihəsi daha 3 rayonda istifadəyə verildi

“Sağlam məhəllə” layihəsi daha 3 rayonda istifadəyə verildi

Azərbaycan respublikası prezidentinin müvafiq sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində Zərdab, Ucar və Kürdəmirdə yeni idman zonaları istifadəyə verilib.

Allsport.az xəbər verir ki, iyulun 16-da Zərdab və Ucar şəhərlərində, iyulun 17-də isə Kürdəmirdə açılan məhəllələrdə minifutbol və basketbol meydançaları, stolüstü tennis və şahmat guşələri, həmçinin açıq havada istifadə üçün trenajor qurğuları quraşdırılıb.

Açılış mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlar və məhəllə sakinləri ilə görüşərək onlarla söhbət edib.

İndiyədək ölkənin müxtəlif şəhər və rayonlarında ümumilikdə 25 “Sağlam məhəllə” layihəsi həyata keçirilib.

Həmin kateqoriyadan