- Baxış sayı: 58
- 02 İyul 2026 20:20
- Baxış sayı: 74
- İyul 02, 2026
- 0

Bu gün Bakıda YUNESKO-nun İdmanda dopinqə qarşı beynəlxalq konvensiyasına tərəf dövlətlərin 10-cu konfransı (COP-10) bürosunun 2-ci rəsmi iclası keçirilib.
Allsport.az saytı xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə keçən toplantıda Beynəlxalq olimpiya komitəsinin, Ümumdünya antidopinq agentliyinin (ÜADA), həmçinin ÜADA üzrə Avropa Şurasının “Ad Hoc” Avropa komitəsinin nümayəndələri, müşahidəçi dövlətlər və Büronun digər vitse-prezidentləri görüntü bağlantı vasitəsi ilə qoşulublar.
Yığıncaqda konvensiyanın icraçı katibi, YUNESKO-nun elm sektorunun sosial siyasətlər və inklüzivlik üzrə direktoru Qustavo Merino, təsdiq komitəsinin sədri Lük Makkan, həmçinin COP-10 bürosunun sədri Fərid Qayıbov çıxış ediblər.