- Baxış sayı: 25
- 25 İyul 2026 10:31
- Baxış sayı: 161
- İyul 22, 2026
- 0

İyulun 24-26-da Göygöl rayonunun Xan yaylağında 5-ci Milli Yaylaq Festivalı keçirilir.
Allsport.az xəbər verir ki, açılış mərasimində Göygöl rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzov, gənclər və idman naziri Fərid Qayıbov, “Cavad Xan” tarix və mədəniyyət fondunun vitse-prezidenti, layihə rəhbəri Müzadil Həsənov çıxış ediblər.
Festival bədii proqramla davam edib. Tədbir çərçivəsində milli musiqilər səsləndirilib, müxtəlif rəqs nömrələri nümayiş olunub.
Üç gün davam edən festival zamanı Xan yaylağında “Yaylaq yurdu” adlı etnoqəsəbə qurulub. Burada etnoidman növləri üzrə xüsusi meydançalarda idmançıların çıxışları nümayiş etdirilir.
Festivalın idman zonasında gənclər və idman nazirliyinin təşkil etdiyi səyyar “Sağlam həyat” layihəsi də iştirakçıların böyük marağına səbəb olub. Xüsusilə uşaqlar və idman həvəskarları müxtəlif idman növlərində bacarıqlarını sınayaraq asudə vaxtlarını səmərəli və əyləncəli keçiriblər.