COP-10 bürosunun 2-ci iclasında ikitərəfli görüşlər

Bakıda baş tutan YUNESKO-nun İdmanda dopinqə qarşı beynəlxalq konvensiyasına tərəf dövlətlərin 1-0cu konfransı (COP-10) bürosunun 2-ci rəsmi iclası çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov bir sıra ikitərəfli görüşlər keçirib.

Allsport.az saytı xəbər verir ki, Rusiya federasiyasının idman naziri Mixail Deqtyarev, Türkiyə gənclər və idman nazirinin müavini Səfa Qoçoğlu Gursoy və YUNESKO-nun elm sektorunun sosial siyasətlər və inklüzivlik üzrə direktoru Qustavo Merino ilə keçirilən görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib, eləcə də COP-10 bürosunun ikinci iclasının yekunları barədə fikir mübadiləsi aparılıb.

Həmin kateqoriyadan